İŞİNİ BİLƏN

öz xeyrini, mənfəətini güdən, ehtiyatlı və tədbirli; gördüyü işi yaxşı bacaran, peşəkar.

İŞİNƏ YARAMAQ
İŞİNİ BİLMƏK
OBASTAN VİKİ
İnkar edilə bilən şifrləmə
İnkar edilə bilən şifrləmə (deniable encryption) — Şifrlənmiş informasiya haqqında tam səlahiyyətli bir adamın ələ keçirilməsi vəziyyətində, qarşı tərəfi aldatmaq üçün istifadə olunan üsuldur. Bu üsulda ələ keçərilən adam, şifrləmə sisteminin hiyləli açarını söyləyir, qarşı tərəf açarı istifadə edərək sistemdəki açıq məlumata çatdığını zənn edir, ancaq əslində əldə etdiyi məlumat yanlışdır, çünki ona yanlış(hiyləli açar) verilib. Yuxarıdakı bu vəziyyəti sadə bir nümunə ilə izah edək. Məqsədimiz iki ədəd açar çıxarmaq və açarlardan birsini gerçək məlumatı açmaq üçün, digərini isə inkar etmək üçün istifadə edək. Açıq mesaj: SabahMarsda İnkar mesaj: SabahAyda Açar: 2 İnkar Açarı: 3 Alqoritm ilk öncə açarla açıq mesajı, daha sonra inkar açarı ilə inkar mesajını şifrləyir. Daha sonra hər iki şifrlənmiş mətni cəmləyərək şifrli mesajı hasil edir. Şifrlənmiş mətn hər hansı bir yolla ələ keçirlərsə qarşı tərəfi aldatmaq üçün açıq mesajın açar ilə şifrlənmiş halını və inkar açarını verir. Qarşı tərəfdə şifrli mesajdan bu mesajı çıxaraq yanlış informasiyanı ələ keçirir. Kodun çıxışından da aydın olacağı üzrə şifrli mesaj olaraq toplanmış mesaj göndəriləcək. Bu mesajı alan qarşı tərəf mesajı açmaq üçün aşağıdakı düsturu istifadə edəcək: açıq mesaj = toplanmış - şifrli inkar - açar Bu düstur nəticəsində, "SabahMarsda" mesajı alınacaq.
İnteqrasiya oluna bilən sayt
İnteqrasiya oluna bilən sayt – Tələb olunan informasiyanın İnternetdə yerləşdirilməsi, sayt üzərindən informasiya sorğularının qəbulu, emalı və saytdan birbaşa sayt sahibinin informasiya reyestrinə, habelə əlaqəli informasiya reyestrinə avtomatik müraciət edib məlumat əldə etməsi, lazım gələrsə başqa reyetrlərə müəyyən hüquq və səlahiyyətlər əsasında informasiya daxil etmə imkanları nəzərdə tutulmuş internet saytıdır. Xüsusilə dövlət orqanları və bələdiyyələr inteqrasiya oluna bilən İnternet saytlarına malik olmalıdırlar.